Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, Ersin Tatar özünün tviter səhifəsində etdiyi paylaşımında bildirib:
“Can Azərbaycanın 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü səmimi-qəlbdən təbrik edir, tarixi, mədəniyyəti, idealı və taleyi paylaşdığımız Azərbaycan xalqına Kipr Türk xalqı adından və şəxsən öz adımdan sevgi və salamlarımı çatdırıram”.








jpg-1668678196.webp)







