• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

SON DƏQİQƏ: “Kəpəz”in əməkdaşını infarkt vurdu - FOTO

İDMAN

09 Avqust 2023 | 00:17 | Müəllif: Subhan Mahmudov

SON DƏQİQƏ: “Kəpəz”in əməkdaşını infarkt vurdu - FOTO

"Kəpəz"in inzibatçı Cavid Əhmədovun ürəyində tutulmalar yaranıb.

Bakıvaxtı.az Sportinfo.az-a istinadən xəbər verir ki, hadisə "sarı-göylər"in "Neftçi" üzərində qəəbə qazandığı günün ertəsi yaşanıb.

Dərhal xəstəxanaya götürülən Əhmədova ilkin müdaxilə olunub. Anju müayinəsi olunan "Kəpəz"in sabiq futbolçusu evə buraxılıb. Lakin evdəki durumu ürəkaçan olmadığından, Əhmədov yenidən həkimlərin nəzarətinə götürülüb.

Ümumi baxışdan sonra "Kəpəz"in əməkdaşının xəstəxanaya qaytarılması və əməliyyat olunmasının vacibliyi qərara alınıb. Cavid Əhmədov Gəncə Beynəlxalq Xəstəxanasında ürəyindən əməliyyat olunacaq.

Klubun işçisinin durumu "Kəpəz" rəhbərliyini narahat etdiyindən, onlar xəstənin durumu ilə maraqlanıb, gərəkən hər cür köməklik göstərəcəklərinə dair söz veriblər.

Əhmədovun əməliyyat xərcləri klub tərəfindən qarşılanacaq.


SON DƏQİQƏ: “Kəpəz”in əməkdaşını infarkt vurdu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026