• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Soros Avropanı tamamilə tərk edir - SƏBƏB

DÜNYA

15 Avqust 2023 | 10:44 | Müəllif: Subhan Mahmudov

Soros Avropanı tamamilə tərk edir - SƏBƏB

Milyarder Corc Sorosun “Açıq Cəmiyyət Fondu” Avropa Birliyindəki fəaliyyətini demək olar ki, tamamilə dayandırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Macarıstan xidmətindən məlumat verilib.

“Açıq Cəmiyyətin fəaliyyətinin məhdudlaşdırılmasına səbəb AB qurumları və hökumətlərinin fondun məşğul olduğu sahələrə külli miqdarda vəsait xərcləmələri olub. Buna görə də, onlar işin daha səmərəli olacağı dünyanın digər hissələrinə diqqət yetirməyə qərar verdilər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, ötən cümə günü Açıq Cəmiyyət Fondundan maliyyə alan bütün Macarıstan təşkilatları fondun Avropa Birliyindəki fəaliyyətini dayandırması və öz resurslarını dünyanın digər hissələrinə köçürməsi barədə məktub aldıqlarını bəyan etmişdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026