• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ-dan Kim Çenə:  Rusiya ilə silah sazişi imzalansa...

DÜNYA

14 Sentyabr 2023 | 00:41 | Müəllif: Subhan Mahmudov

ABŞ-dan Kim Çenə: Rusiya ilə silah sazişi imzalansa...

ABŞ Şimali Koreya liderinin Rusiyaya səfərini diqqətlə izləyir və ölkələr arasında hərbi əməkdaşlığa dair istənilən razılaşmaya cavab tədbirləri görməyə hazırdır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi deyib.

“Əgər onlar hər hansı bir silah müqaviləsi ilə irəliləməyə qərar versələr, biz açıq şəkildə müvafiq tədbirlər görəcəyik. Şübhəsiz ki, Şimali Koreya üçün həm ABŞ, həm də beynəlxalq ictimaiyyət tərəfindən nəticələr olacaq. Şimali Koreya və Rusiya arasında artan müdafiə sahəsində qarşılıqlı əlaqədən narahatıq”, - Ağ Ev sözçüsü deyib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn Rusiyada səfərdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026