• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyalı diplomat hoteldə ölü tapıldı

DÜNYA

14 Oktyabr 2023 | 00:25 | Müəllif: Subhan Mahmudov

Rusiyalı diplomat hoteldə ölü tapıldı

Rusiyalı diplomat, 61 yaşlı Nikolay Kobrines Türkiyənin İstanbul şəhərinin Taksim rayonunda yerləşən hoteldə ölü tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə bağlı əldə edilən məlumata görə, əvvəllər Rusiya Xarici İşlər Nazirliyinin baş direktoru vəzifəsində çalışmış diplomat səfirlərin görüşünə qatılmaq üçün İstanbulun Beyoğlu Meşrutiyət Məhəlləsində yerləşən dəbdəbəli hotelə gəlib.

Nikolay Kobrines günorta saatlarında hoteldəki otağına yerləşib və ertəsi gün görüşə gəlməyib. Diplomatla əlaqə saxlamaq mümkün olmadığından həmkarları hoteldən onunla bağlı məlumat verilməsini istəyiblər.

Otağa daxil olan hotel işçiləri rusiyalı diplomatı çarpayıda hərəkətsiz vəziyyətdə uzanmış görüblər. Hadisə yerinə gələn tibb qrupları onun ölümünü təsdiqləyiblər.

Məhkəmə-tibb eksperti, prokuror və istintaq qrupunun ilkin məlumatına görə, Nikolay Kobrines ürək tutmasından vəfat edib.

Müayinədən sonra diplomatın cəsədi ölüm səbəbinin dəqiq müəyyən edilməsi üçün Bahçelievler-Yenibosna Ədliyyə Tibb İnstitutunun meyitxanasına aparılıb.

Faktla bağlı istintaq davam edir./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026