• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Silahlı şəxslər traktor sürücüsünü BELƏ SOYDULAR - VİDEO

DÜNYA

12 Noyabr 2023 | 20:08 | Müəllif: Subhan Mahmudov

Silahlı şəxslər traktor sürücüsünü BELƏ SOYDULAR - VİDEO

Sankt-Peterburqda silahlı miqrantlar traktor sürücüsünə hücum çəkiblər. 

Bakıvaxtı.az bildirir ki, sürücünü və onun yanındakı şəxsi bıçaq və tapança ilə hədələyən üç quldur onlardan 32 min rubl və mobil telefon alıblar. "Opel Vectra" markalı avtomobilə minən silahlılar daha sonra hadisə yerindən qaçıblar.

Avtomobil daha sonra yol kənarındakı xiyabanda tərk edilmiş vəziyyətdə tapılıb, çox keçməyib ki, cinayət-axtarış şöbəsinin əməkdaşları cinayətkarları da saxlayıblar.

Saxlanılanların 20, 23 və 40 yaşlarında olduğu bildirilir. /musavat.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026