• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İsraildən ölümcül səhv: Etiraf etdilər

DÜNYA

12 Dekabr 2023 | 17:02

İsraildən ölümcül səhv: Etiraf etdilər

İsrail əsgərləri “təsadüfən öz əsgərlərini öldürüblər.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

 “İsrail Ordusu Radiosu”nun hərbi mənbələrə əsaslanaraq verdiyi xəbərdə Qəzzaya quru hücumları zamanı "dost atəşi" nəticəsində 20 İsrail əsgərinin həlak olduğu bildirilib.

Xəbərdə qəza nəticəsində vurulan əsgərlərin sayının Qəzzada baş verən qarşıdurmalarda ölən 105 İsrail əsgərinin, təxminən, beşdə birini təşkil etdiyi, 13 əsgərin isə Fələstin müqavimət döyüşçüləri ilə səhv salındığı üçün şəhid olduğu qeyd edilir.

Məlumata görə, 2 əsgər tank və zirehli transportyorların vurması nəticəsində, 2 əsgər tanklardan açılan atəş nəticəsində, 2-si qəlpə nəticəsində həlak olib. 1 əsgərin isə İsrail qüvvələrinin hədəfə almadan atdığı “kor güllə” nəticəsində həlak olduğu bildirilib.

İsrail ordusunun məlumatına görə, bu itkilərin sayı ərazidə olan hərbi qüvvələrin çoxluğu, hərbi qüvvələr arasında koordinasiyanın olmaması ilə bağlıdır.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026