• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Danimarka səfiri Gürcüstan  XİN-ə çağırıldı

DÜNYA

11 Yanvar 2024 | 16:18

Danimarka səfiri Gürcüstan XİN-ə çağırıldı

Danimarkanın Gürcüstan və Ermənistandakı səfiri Anne Toft Sorensen Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakıvaxtı.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, diplomatın günün sonuna qədər XİN-ə gəlməsi gözlənilir.

Daha əvvəl Sorensenin Danimarka KİV-lərinin birində Gürcüstanda baş verən son hadisələrlə bağlı məqaləsi dərc olunub. Diplomat keçmiş baş nazir və hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilini “1990-cı illərdə Rusiyada var-dövlət qazanan oliqarx” adlandırıb.

“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası səfirin açıqlamasını məsuliyyətsizlik adlandırıb.

Qeyd edək ki, partiyanın 2023-cü il dekabrın 30-da keçirilən qurultayı onun təsisçisi, 67 yaşlı Bidzina İvanişvilini fəxri sədr seçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026