• Bakı 17° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Türkiyədə əsgərlərə telefonlardan istifadə qadağan edildi

DÜNYA

11 Yanvar 2024 | 14:46

Türkiyədə əsgərlərə telefonlardan istifadə qadağan edildi

Türkiyə Milli Müdafiə Nazirliyi antiterror əməliyyatlarının keçirildiyi bölgələrdə hərbçilərin ağıllı telefonlardan istifadə etməsinə qadağa qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, bu barədə müvafiq əmr verilib: “Əməliyyat bölgələrində ağıllı və kameralı telefondan istifadə qadağan edilib. Həmçinin şəxsi heyətə bu tipli cihazlardan istifadənin mənfi təsirləri ilə bağlı təlim keçirilib. Bu qaydanı pozan hərbçilər haqqında ağır cəzalar nəzərdə tutulub”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026