Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində yerləşən məsciddə partlayış baş verib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində azı 17 nəfər ölüb, 20 nəfər yaralanıb.
Qeyd edək ki, hadisə cümə namazı qılınan “İmam Zaman” məscidində qeydə alınıb.
















