Hazırda Feysbuk, Vatsap və İnstaqram sosial şəbəkələrində bir sıra problemlər yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, Feysbukda mesajlaşma xidmətində, şəbəkəyə Quql Xrom vasitəsilə girişdə, İnstaqramda əsas səhifənin yenilənməsində, eləcə də Vatsapda audioyazıların göndərilməsində qlobal səviyyədə problemlərin olduğu bildirilir.
















