Portuqaliya çempionatının XXII turunda futbolçular arasında kütləvi dava olub.
Bakıvaxtı.az xəbər verir ki, dava "Portu" - "Sportinq" oyunundan sonra baş verib. Baş verən münaqəşədə hər iki klubun bütün oyunçuları iştirak edib.
Nəticədə baş hakim 4 qırmızı vərəqə göstərib.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
















