• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Stoltenberqlə Ciorcia Meloni arasında telefon danışığı oldu

DÜNYA

27 Oktyabr 2022 | 17:40

Stoltenberqlə Ciorcia Meloni arasında telefon danışığı oldu

NATO Baş katibi Yens Stoltenberq və İtaliya Baş naziri Ciorcia Meloni arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Stoltenberq "Twitter"də bildirib.

“İtaliya NATO-nun çəkindirmə siyasətinə və müdafiəmizə mühüm töhfələr verən sadiq müttəfiqdir və Ukraynaya dəstək verən aparıcı müttəfiqdir”, Stoltenberq vurğulayıb.

Baş katib qeyd edib ki, NATO Ukraynanın özünümüdafiəsini dəstəkləməkdən çəkinməyəcək və nə qədər lazımdırsa, bu ölkəyə dəstək verəcək.

ANSA agentliyinin verdiyi məlumata görə isə, İtaliya hökumət başçısı ölkəsinin Rusiyanın təcavüzünə qarşı Ukraynaya tam dəstəyini və qlobal yanaşma fonunda NATO-nun bütün strateji istiqamətlərdən gələn müxtəlif növ təhlükələrə qarşı mübarizədə öhdəliklərin artırmasının vacibliyini təsdiqləyib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026