• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Sülhməramlılar bura ermənini qorumağa gəlib? - AÇIQLAMA

SİYASƏT

15 Noyabr 2021 | 16:19

Sülhməramlılar bura ermənini qorumağa gəlib? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, erməni terrorçu və hərbi birləşmələri ard-arda Xankəndi-Şuşa yolunda və Kəlbəcər istiqamətində təxribat məqsədli addımlar atıblar.

Azərbaycan tərəfi hansı adekvat cavabı verməlidir?

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan Kəlbəcərdə müəyyən postları götürməklə Ermənistan tərəfinə cavab verdi:

“Bu, Ermənistanın özündə də müəyyən rezonans doğurub. Ermənistanın müdafiə naziri də dəyişdi. Bu da çox ciddi məsələnin rezonansıdı.

Şuşada baş verən hadisədə terrorçunun məhv edilməsi istiqamətində atılan addımlarda, fikrimcə, bir az ləngimə oldu. Hər bir terrorçu barədə dərhal özümüz tədbir görməliyik. Gözləməməliyik ki, sülhməramlı gəlsin terrorçunu konfort içində yaşaması üçün ölkəsinə təhvil versin. Yenə də bu, bizim əlimizdə hüquqi bir əsas yaradır. Bu barədə Hərbi Prokurorluq cinayət işi açmalıdır. Cinayət işi açıldıqdan sonra terrorçunun məsuliyyətə cəlb olunması üçün prosedur başlanmalıdır. Ermənistandan isə onun təhvil verilməsi ilə bağlı tələb təqdim olunmalıdır. Biz bütün bunları etməliyik. Çünki Ermənistan terrorçularını hərbi əsir adı ilə Azərbaycandan almaq istəyir. Ermənistanda bir terrorçunun gizlədilməsi və ya verilməməsi bizim üçün əsas faktorlardan biridir. Biz o terrorçunu beynəlxalq axtarışa verməliyik. O, cəzasnı çəkməlidir”.

Deputat qeyd edib ki, həmçinin həmin terrorçunun cəzasını Azərbaycanda çəkməsi ilə bağlı tələb qoyulmalıdır:

“Biz bütün platformalarda onlara qarşılıq verməliyik. Erməni terrorunun bu bölgədə bir ənənəyə çevrilməsinə indidən yol vermək olmaz. Bu istiqamətdə Azərbaycan Rusiyayla da intensiv təmaslarını gücləndirməlidir. Rusiya isə öz sülhməramlılarına deməlidir ki, biz sizi bura erməni qorumağa və ya erməi uşağını qucaqlayan əsgər heykəli ucaltmağa gətirməmişik. Sizin borcunuzdur ki, beynəlxalq hüquqa hörmət edəsiniz. Əgər sülhməramlılar beynəlxalq hüquqa hörmət etməsə, biz də bu istiqamətdə bir tədbir görəcəyik. Ona görə də düşünürəm ki, Rusiya da öz imici üçün belə tendensiyanın inkişafına maraqlı olmayacaq və Azərbaycanın tələblərinə də anında cavab verəcəkdir.

Demək istədiyim odur ki, bir sıra addımlar atılmalıdır və bu sahədə imkanlarımız genişdir, avantajlarımız da çoxdur. Məncə bu prossesi də uduşla yekunlaşdıra biləcəyik”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026