• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əli İnsanov Prezident Administrasiyasında: "Cənab İlham Əliyevlə görüşə..."

SİYASƏT

15 Dekabr 2021 | 14:37

Əli İnsanov Prezident Administrasiyasında: "Cənab İlham Əliyevlə görüşə..."

Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov 16 ildən sonra Prezident Administrasiyasına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə keçmiş nazirin özü bildirib: “Dekabrın 15-də, Azərbaycan Respublikasının Prezident Sarayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdüm. 2 saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə etdik”. 

Ə.İnsanov deyib ki, Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə onu təbrik edib və partiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb:
“Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim. Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026