• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əli Əsədov Fuat Oktaya məktub göndəridi

SİYASƏT

14 Yanvar 2022 | 10:50 | Müəllif: Qalib İbrahimoğlu

Əli Əsədov Fuat Oktaya məktub göndəridi

Baş nazir Əli Əsədov Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir məktubunda bildirib ki, müstəqillik tariximizdə diplomatik əlaqələr yaratdığımız ilk dövlət olan Türkiyə ilə Azərbaycanı dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən irəli gələn sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir: "Bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz ötən dövrdə böyük inkişaf yolu keçərək xüsusilə də son illər ərzində dövlət başçılarımızın qətiyyətli səyləri ilə dayanıqlı strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə çatıb”.

Məktubda vurğulanıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı bütün dünya buna bir daha əmin oldu. Zəfər yürüşünün ilk günlərindən Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş Türkiyə tərəfinə minnətdarlıq bildirilib, Azərbaycanın da öz növbəsində bütün məsələlərdə daim Türkiyənin yanında olduğunu vurğulanıb.

2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsi ilə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Türkiyə müttəfiqlik, dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026