• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Ermənistan Azərbaycana təzminat ödəməlidir" -  İqor Korotçenko

SİYASƏT

11 Fevral 2022 | 19:33 | Müəllif: Subhan Mahmudov

"Ermənistan Azərbaycana təzminat ödəməlidir" - İqor Korotçenko

"Ermənistanın işğalçılıq siyasəti nəticəsində vurulan maddi ziyana görə Azərbaycana təzminat ödənişi məsələsi əsaslı olaraq müzakirəyə çıxarılmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu report-un Rusiya bürosuna rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

O, Ermənistanın törətdiyi dağıntıları qiymətləndirib: "Qarabağda az qala hər şeyin ucdantutma məhv edildiyi nəzərə alınsa, ödəniləcək təzminatın 100 milyard dollar həcmində olacağı şübhə doğurmur. Sözsüz ki, Qərb ölkələrindəki erməni lobbisi də, erməni diasporu da bu məsələnin baş tutmaması üçün yerli hökumətlərə hərtərəfli təzyiqlər göstərəcək".

Rusiyalı ekspertin fikrincə, Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi dağıntılara görə Azərbaycana təzminat ödəməsi istiqamətində beynəlxalq hüquq çərçivəsində məsələ qaldırılmalı, əsaslandırılmalı, həll edilməsi üçün beynəlxalq birliklə birgə addımlar atılmalıdır: "Bu məsələni qaldırmaq, beynəlxalq qurumların müvafiq qərarlar vermələrinə nail olmaq üçün Azərbaycan Xarici İşlər Nazirliyi, aidiyyəti qurumlar lazımi çalışmalar aparmalıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026