Koronavirusdan sağalan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamalar verirb.
Bakıvaxtı.az xəbər verir ki. dünyada baş verən hadisələri evdən izlədiyini bildirən Ərdoğan deyib ki, Rusiya-Ukrayna böhranı ilə bağlı atılan addımlar var: "Ukraynaya səfərimdən sonra bəzi ölkələr Türkiyəni izləyir. Onlarla da görüşlərimizi davam etdirdik".
Türkiyə Prezidenti onui da bildirib ki, Azərbaycanla bağlı proseslər müsbət istiqamətdə davam edir.
"Təbii ki, dünya ilə əlaqəsi kəsilmiş siyasət, liderlik yoxdur. Biz dünyada baş verən prosesləri yaxından izləyirik”, - deyə Ərdoğan vurğulayıb.
Ramid İbrahimov















