Sumqayıt bulvarında bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bulvar ərazisində tikilən çoxmərtəbəli binaların birində baş verib. Belə ki, orada fəhlə işləyən 1981-ci il təvəllüdlü Həsənəliyev Elməddin Əyyub oğlu binadan yıxılıb. Aldığı bədən xəsarətlərindən 40 yaşlı kişi hadisə yerindəcə dünyasını dəyişib. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşıdrma aparılır.
















