• Bakı 19° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Qubada modul tipli məktəb yandı 

HADİSƏ

02 Dekabr 2021 | 16:22 | Müəllif: Subhan Mahmudov

Qubada modul tipli məktəb yandı

Ötən gün gecə saatlarında Qubanın Zıxır kəndində modul tipli məktəbdə yanğın baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki,baş verən hadisə nəticəsində 2019-cu ildə istifadəyə verilən modul tipli məktəb yanaraq yararsız vəziyyətə düşüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğın qısaqapanma səbəbindən baş verib.

Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, 80 yerlik Zıxır kənd ümumi orta məktəbində 26 şagird təhsil alır. Yanğınla əlaqədar şagirdlər təhsilini köhnə məktəb binasında davam etdirəcək. Həmin məktəb binası artıq odun yanacağı ilə təmin olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026