• Bakı 10° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sumqayıtda azyaşlı bacılar öldü - YENİLƏNİB

HADİSƏ

16 Noyabr 2022 | 15:08

Sumqayıtda azyaşlı bacılar öldü - YENİLƏNİB

Sumqayıt Tibb Mərkəzi azyaşlı bacıların ölümü ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, eyni ailənin üzvü olan 03.10.2018-ci il təvəllüdlü A.Ə. və 08:15-də 03.07.2016-cı il təvəllüdlü A.A. valideynləri tərəfindən 16.11.2022-ci il saat 05:35-də Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib.

Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

 

14:03

Sumqayıtda azyaşlı bacılar vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, ölənlərin 4 yaşlı Əsra Allahverdiyeva və bacısı 6 yaşlı Aynaz Allahverdiyeva olduğu bildirilir.

Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə aparılıb. Hazırda ekspertiza təyin olunub, həkimlər tərəfindən ölümün baş vermə səbəbləri araşdırılır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR