• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəhid qardaşı faciəvi şəkildə öldü - FOTO

HADİSƏ

16 Dekabr 2022 | 11:25

Şəhid qardaşı faciəvi şəkildə öldü - FOTO

Şəhid qardaşı avtomobil qəzasının qurbanı olub.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, hadisə Tovuz rayonu ərazisində yerləşən mal-qara bazarında baş verib.

Məlumata görə, rayon sakini Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. Həmin vaxt bazarda olan 5 nəfəri maşın vurub. Onlardan biri Hümmət Ülfət oğlu Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qəzada həlak olan 2001-ci il təvəllüdlü Hümmət Əliyev Vətən müharibəsi şəhidi Əmrah Əliyevin qardaşıdır.

Hazırda faktla bağlı araşdırma aparılır.


Şəhid qardaşı faciəvi şəkildə öldü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026