• Bakı 16° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Yaşayış binasında yanğın - Xeyli sayda ölü var

HADİSƏ

16 Dekabr 2022 | 10:00

Yaşayış binasında yanğın - Xeyli sayda ölü var

Qazaxıstanın Karaqanda vilayətinin Aktau qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində ikisi uşaq olmaqla 6 nəfər ölüb.

Bakıvaxtı.az Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Karaqanda vilayətinin Fövqəladə Hallar Departamentinin Mətbuat Xidməti məlumat yayıb.

Hadisə gecə saatlarında baş verib.

Yanğın binanın birinci mərtəbəsində yerləşən üçotaqlı mənzildə baş verib.

Ölənlərin 5-i yuxarı mərtəbələrdəki mənzilləri tərk etməyə çalışarkən tüstüdən boğulublar.

Yanğınsöndürənlər tüstü basmış mənzillərdən 4-ü uşaq olmaqla daha 10 nəfəri xilas ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR