Sumqayıtda marketdə yanğın olub.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 22 m² olan birmərtəbəli obyektin (market kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 5 m² sahədə, içərisində olan 1 ədəd kondisioner və qismən əşyalar yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.













jpg-1671168333.webp)

