• Bakı 20° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Sumqayıtda şəhid əmisi öldürüldü - FOTO - YENİLƏNİB

HADİSƏ

13 Dekabr 2022 | 11:29

Sumqayıtda şəhid əmisi öldürüldü - FOTO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, dekabrın 12-də saat 23 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazində 1975-ci il təvəllüdlü Mahir Allahverdiyev bıçaqlanaraq öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlü Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, qətlə yetirilən şəxs  Vətən Müharibəsi şəhidi Vüsal Allahverdiyevin əmisi Mahir Allahverdiyevdir. Qətl hadisəsinin  9-cu mikrorayon ərazisində "Aygün" məişət evinin yaxınlığında törədildiyi bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam edir. 

***

08:52

Sumqayıtda qətl törədilib.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazində qeydə alınıb.

Belə ki, nazirliyə dekabrın 12-də saat 23 radələrində 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevin bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlü Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.


Sumqayıtda şəhid əmisi öldürüldü - FOTO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR