• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Sumqayıtda yolların təmirinə başlanıldı

CƏMİYYƏT

28 Mart 2024 | 18:58 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda yolların təmirinə başlanıldı

umqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı təmir-tikinti işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, təmir-tikinti işləri zamanı küçə və yollarda zəruri olan yerlərdə yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026