• Bakı 18° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şüvəlanda 4 qumbara tapıldı - VİDEO

HADİSƏ

14 Aprel 2022 | 14:30

Şüvəlanda 4 qumbara tapıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xəzər rayonunun Şüvəlan qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 4 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Şüvəlanda 4 qumbara tapıldı - VİDEOŞüvəlanda 4 qumbara tapıldı - VİDEOŞüvəlanda 4 qumbara tapıldı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026