• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

"Trendyol" Azərbaycanda: "Bəzi şirkətlər bağlanacaq”

CƏMİYYƏT

24 Mart 2023 | 14:02 | Müəllif: Subhan Mahmudov

"Trendyol" Azərbaycanda: "Bəzi şirkətlər bağlanacaq”

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Türkiyənin "Trendyol" platformasına məhdudiyyət tətbiq edilə biləcəyi açıqlamasından sonra  aprel ayının 1-indən “Trendyol”un icazə verilən məhsullarda Azərbaycana bir-başa öz saytından göndərəcəyi ilə bağlı məlumat yayılıb.

Bakıvaxtı.az bu məlumatı yayın e-ticarət üzrə mütəxəssis Nicat Manafovdan açıqlama alıb.

“Trendyol” saytına cəmi 1 çatdırılma şirkətini inteqrasiya edəcəyi üçün digər çatdırılma şirkətləri çətin vəziyyətdə qalacaq. Bu da inhisar vəziyyətinə gətirib çıxacaq, çünki “Trendyol” bazarda hökmran mövqedədir. Bu addımdan sonra digər şirkətlərin əksəriyyəti bağlanmış olacaq”, -deyə o bildirib.

Ekspert deyir ki, 2000 nəfərdən çox vətəndaşın işlədiyi Türkiyədən yönləndirmə şirkətlərini yaxın aylarda çətin günlər gözləyir: “Kütləvi ixtisarlar, bankrot vəziyyəti və s. qaçınılmaz olacaq. İndidən bu tipli şirkətlər mövcud bizneslərini başqa biznesə çevirməyin yollarını axtarmalıdırlar”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026