• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bulvarda atraksionları söküb kafe və restoran tikdilər - VİDEO

CƏMİYYƏT

22 Aprel 2023 | 23:16 | Müəllif: Subhan Mahmudov

Bulvarda atraksionları söküb kafe və restoran tikdilər - VİDEO

Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda atraksion yığışdırılıb. Onların yerində indi kafe və restoranlar yerləşir.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, bir neçə il əvvəl ərazidə 40-a yaxın atraksion olub.

Məsələylə bağlı Dənizkənarı Bulvar İdarəsindən bildiriblər ki, ərazidən çıxarılan atraksionlar başqa ərazidə quraşdırılacaq. Ancaq çəkiliş zamanı bununla bağlı hər hansı hazırlıq işlərinin görülməsini müşahidə olunmayıb.

Övladlarını bulvarda istirahətə gətirən valideynlər isə bildirdilər ki, burada uşaqların istirahət edəcəyi məkanların ləğv edilməsini yox, saylarının artırılmasını istəyirlər.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi sədrinin müşaviri Könül İmamverdiyeva bildirib ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün sökülüb.

"Yaxın gələcəkdə bulvar ərazisində yeni atraksionların quraşdırılması gözlənilir. Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır"- deyə o vurğulayıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026