BMT Təhlükəsizlik Şurası Fələstin-İsrail münaqişəsi ilə bağlı, atəşin təcili dayandırılması və əsirlərin həmən azad edilməsiylə bağlı Rusiyanın təqdim etdiyi qətnamə layihəsini qəbul etməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat verən Rusiya Federasiyasının BMT- dəki daimi nümayəndəsi Vasili Nebenziya bildirib ki, ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya layihənin əleyhinə səs veriblər. Altı üzv dövlət isə bitərəf qalıb.
"Bu günki səsvetmə açıq şəkildə göstərdi ki, kimlər dərhal sülhün əldə olunmasını istəyir, kimlər əleyhinədir və kimlər öz çirkin siyasi məqsədlərini güdür"- deyə rusiyalı diplomat bildirib.
İsmayıl Alısoy
















