• Bakı 23° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Əziz Əliyev Ölkə rəhbərinin qalib siyasi kursununun ucqar rayonda təbliğatını yeni kommunikasiya ilə ən uğurla aparan namizəddir

SİYASƏT

21 Avqust 2024 | 22:08 | Müəllif: Subhan Mahmudov

Əziz Əliyev Ölkə rəhbərinin qalib siyasi kursununun ucqar rayonda təbliğatını yeni kommunikasiya ilə ən uğurla aparan namizəddir

Media və kommunikasiya sahəsində fəaliyyət göstərən şəxslərin seçki kampaniyasındakı iştirakı ayrılıqda geniş maraq doğurur. Bu prizmadan yanaşanda dərhal insan qiymətləndirməlidir ki, kommunikasiyanın və ictimaiyyətlə əlaqələrin sirrlərini bilən şəxslər seçki marafonuna hansı yeniliklər gətirir.

İkiqat maraq ondan doğur ki, bunlar həm mütəxəssislərdir, həm də seçki prosesində tətbiq edə biləcəkləri alətlər və yanaşmalar kreativ olmalı, bir ilk təşkil etməlidir. Bu mənada, məsələn, həm Bakı Dövlət Universitetində media və kommunikasiya istiqamətli fənnləri tədris edən, həm də Sosial Tədqiqatlar Mərkəzində Media və Kommunikasiya departamentinin rəhbəri olan, uzun illərdir media təcrübəsinə malik Əziz Əliyevin seçkilərdə iştirakı böyük maraq doğurur. Onun həyata keçirdiyi təbliğat-təşviqat kampaniyasını yaxından izlədiyimizə görə qərara aldıq ki, bu prizmadan prosesi təhlil edək və Əziz Əliyevin təbliğat-təşviqat kampaniyasının hansı yeniliklərlə yadda qaldığını diqqətə çatdıraq.

İlk olaraq qeyd etmək lazımdır ki, namizəd sosial mediadan, yeni mediadan çox uğurla istifadəni tətbiq etməyə başladı və hiss olunur ki, onun kreativ yanaşmaları sosial mediada yaş və cins kateqoriyalarına, sosial media seqmentinin “kəşf et” funksiyasının tirajlanması kimi ipuclarına da hesablanıb. Nəzərə alsaq ki, Azərbaycanda demək olar ki, 9 milyondan yuxarı internet və dolayısıyla sosial media istifadəçisi var və bu platformalardan aktiv istifadə maraqlı tərəflərin prosesi tam şəkildə izləməsində, xüsusilə onlara namizədin təmsil etdiyi bölgənin inkişafı ilə bağlı vizyonun çatdırılmasında mühüm rol oynayır. İkinci bir maraqlı yanaşmanı namizəd özü üçün müəyyən etdi ki, onun təmsil etdiyi Gədəbəy bölgəsində xüsilə “TikTok” və “Facebook” sosial şəbəkəsi çox populyardır. Maraqlıdır ki, yaş kateqoriyasına görə həm gənc, həm də yaşlı nəsilin bu şəbəkələrdən istifadə geniş yayılıb. Odur ki, namizədin seçki kampaniyasının ilk 10 günündə bu şəbəkələr üzərindən mesajlarını aktiv şəkildə çatdırması önəmli idi. Bu da 104 saylı dairədən namizədlər içərisində Əziz Əliyevin xüsusilə fərqlənməsi, prosesi çox uğurla aparması ilə ön plana çıxmasına səbəb oldu. Namizədin seçki kampaniyası dövründə çatdırmaq istədiyi əsas fikirlər və diqqəti cəlb edən əsas tezislər nədən ibarətdir sualına cavab olaraq qeyd edək ki, namizəd öncəliklə Azərbaycanın və bölgənin simvolları üzərindən seçki təbliğatına başladı.

Gədəbəyin qədim alban irsi,  bölgənin multikulturalizm ənənələri, tarixi abidələri və dini-mədəni ənənələri, Gədəbəyin bütövlükdə irsi və sərvəti sayılan qızıl insanları, onların yerli və regional siyasətdə milli dəyərlərə bağlılığı təbliğ olundu, o cümlədən Gədəbəyin mühüm bir hissəsinin Qərbi Azərbaycandan köç edənlərlə məskunlaşdığı və onların cənab Prezidentin Qərbi Azərbaycana Qayıdış ideologiyasına, “Böyük Qayıdış” siyasətinə ciddi dəstək vermələri diqqətə çatdırıldı. Prezidentin başlatdığı “Yeni Dövr” siyasi mərhələsinə namizədin “Yeni Siyasi Vizyon” proqramı çərçivəsində yanaşması onun təbliğat-təşviqat kampaniyasının mühüm elementini təşkil edir. O, daima bildirir ki, xalqın tarixi-milli yaddaşını oyatmaq, həmçinin bunun respublikaya, bölgəyə yenidən fərqli formada təqdim etmək çox mühüm əhəmiyyətə malikdir. Hətta onun almanların izi ilə mis mədənində, “Qanlı körpüdə”, Koroğlu Qalasında və yaxud müxtəlif formalarda 20-ci əsrin əvvəllərinədək alman kapitalistlərinin Gədəbəy qızıl-mis mədənlərindəki cinayətlərini Mircəlal Paşayevin əsərlərinin dili ilə izah etməsi, tarixi faktlara işıq salması da namizədin şəxsi və fərdi namizədliyindən daha çox, dövlət siyasətinin təbliğatı ilə məşğul olması faktını ön plana gətirir. Onun mesajları və açıq çıxışları göstərir ki, onun təbliğat-təşviqat kampaniyasının və ideyalarının ən güclü yönü ölkə Prezidentinin qalib siyasətinin bölgələrdə tətbiqini irəli sürməsidir.

Yəni, namizədin vurğuladığı məqam odur ki, qalib siyasət üzərindən başlayan proses bütün bölgələrimizdəki xırda, yerli problemlərin həll edilməsi ilə öz məntiqi nəticəsinə çatır ki, bu da yerli problemlərin böyüyüb hansısa yerli məmurun simasında dövlətə qarşı nifrətə çevrilməsinə əngəl olan baxışdır. Bu baxım həm də özündə son dönəmlərin inkişaf mexanizlərinin müqayisəsini özündə əks elətdirir. Bu müqayisə imkan verir ki, ötən illlərdə həmin bölgənin sosial-iqtisadi inkişafı ilə bağlı müqayisə və paralellərin aparılmasına imkan verir. Son illərdə bölgənin asfaltlaşdırılması, qaz təchizatı, kommunikasiya xəttlərinin çəkilməsi və digər sahələrdəki inkişafa geniş vizyonla baxış vurğulana bilər. Maraqlıdır ki, xüsusilə sosial media üzərindəki uğurlu təbliğat kampaniyasından sonra namizədin başlatdığı görüşlər, əhali ilə təmaslar onun vizyonunun uğurlu olması faktını ortaya qoydu. Burada iki maraqlı məqam önə çıxır.

Birinci maraqlı məqam odur ki, namizəd əhali tərəfindən ilk dəfədir ki, görünən şəxs təəssüratı bağışlamır. Yəni, əhali əvvəlcədən bu şəxsi tanıyır, qəbul edir, ona sarılır.

İkincisi, səmimiyyət duyğusu ön plandadır və namizədin yüksək şəkildə ifadə etdiyi fikirlər, düşüncələr platofmasında yazıldığı mürəkkəb siyasi terminlərdən fərqli olaraq insanların başa düşəcəyi dildədir. Əhali ilə təmaslarda onların anlayacağı düşüncə tərzindən istifadə edilir və maraqlıdır ki, namizədin keçirdiyi görüşlərdə tək özü fərdi qaydada baş rolda çıxış etmir. Həmin görüşlərə qatılan yaşlı insanlar, ağsaqqallar, qadınlar, gənclər, yəni bölgənin söz deməyə və fikrini çatdırmağa qadir olan bütün şəxsləri ona böyük ölçüdə dəstək nümayiş etdirirlər və namizədin əleyhinə düşüncə, fikir yaradacaq heç bir ifadə və ya baxış sərgilənmir. Bütün bunlar bütövlükdə bölgə insanı üçün də yeni bir siyasi imic və nüfuzun doğduğunun da göstəricisidir.

Bunu biz media və kommunikasiya üzərinə tətbiq elədikdə görürük ki, namizədin sosial şəbəkədəki paylaşımlarının aldığı reaksiyalar orta hesabla 200-1000 arasıdır. Bundan başqa, namizədin hər görüşdən sonra paylaşılan pres-relizlər mediada da geniş tirajlanır. Bu mənada namizəd güclü media dəstəyinə malikdir.

Deməli namizəd həm də bu ölçülərdə maraqlı taktika işlədir. O, 5 qısa arqumentlə fikirlərini dərhal çatdırır:

1. Yerli əhalinin məşğuliyyətinin onların rifahında önəmli rol oynaması faktı;

2. Seçilən şəxsin, bölgənin təmsilçisinin bu bölgəni, bölgə insanlarını uğurlu təmsil etmək imkanı və əlçatımlılığı;

3. Bölgə insanının hüquqlarını anlamaq və onu ifadə etmək imkanına malik olmasına dair mesajları;

4. Proseslərə Prezidentin qalib siyasi kursu prizmasından baxması və bu prizmadan istənilən bölgə probleminin primitiv olması və asan şəkildə həll oluna bilməsi faktı, bu mənada dövlətin və prezidentin güclü olması faktını diqqətə çatdırması;

5. Dövlətin regional inkişaf üçün ayırdığı vəsaitlərin-büdcənin əhalinin qarşılaşdığı çətinlikləri həll edə biləcək formada istifadə olunma çağırışı qeyd oluna bilər.

Bunların hamısı göstərir ki, xalqın dilində danışa bilən, xalqın özünə məxsus olan baxışların daşıyıcısı olması, həmçinin milli dövlətçilik siyasətinin ən bacarıqlı təbliğatçısı və təmsilçilərindən biri olması namizədi qalibiyyətə aparan faktor kimi onun ən güclü tərəfləridir.

Şəhla Cəlilzadə,

Siyasi şərhçi


Əziz Əliyev Ölkə rəhbərinin qalib siyasi kursununun ucqar rayonda təbliğatını yeni kommunikasiya ilə ən uğurla aparan namizəddirƏziz Əliyev Ölkə rəhbərinin qalib siyasi kursununun ucqar rayonda təbliğatını yeni kommunikasiya ilə ən uğurla aparan namizəddirƏziz Əliyev Ölkə rəhbərinin qalib siyasi kursununun ucqar rayonda təbliğatını yeni kommunikasiya ilə ən uğurla aparan namizəddirƏziz Əliyev Ölkə rəhbərinin qalib siyasi kursununun ucqar rayonda təbliğatını yeni kommunikasiya ilə ən uğurla aparan namizəddirƏziz Əliyev Ölkə rəhbərinin qalib siyasi kursununun ucqar rayonda təbliğatını yeni kommunikasiya ilə ən uğurla aparan namizəddir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026