• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tanınmış cərrah VƏFAT ETDİ - FOTO

CƏMİYYƏT

22 Yanvar 2024 | 15:45 | Müəllif: Qalib İbrahimoğlu

Tanınmış cərrah VƏFAT ETDİ - FOTO

Xətai Tibb Mərkəzinin cərrahı Vüqar Fərəcli dünyasını dəyişib.

Bu barədə Bakıvaxtı.az-a Mərkəzin mətbuat xidmətindən bildirilib.

Fərəcli Vüqar Firidun oğlu 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1984-cü ildə Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbi bitirib. 1992-ci ildə Azərbaycan Tibb Universitetini qırmızı diplomla başa vurub. Həmin ildən ATU-nun III cərrahi xəstəliklər kafedrasında kiçik elmi işçi, E.Əfəndiyev adına 2 saylı xəstəxanada isə həkim-cərrah kimi fəaliyyətə başlyıb.

"Xolesistektomiyadan sonra xroniki pankreatitin kəskinləşməsinin profilaktikası" adlı elmi işin müəllifidir. Bir sıra elmi məqalələri yerli və xarici jurnallarda çap olunub.

1997-2000-ci illərdə Füzuli rayonu Əhmədbəyli hospitalında çalışıb, tibb xidməti polkovnik-leytenantıdır.

II Qarabağ müharibəsi zamanı müxtəlif hospitallarda yaralı əsgər və zabitlərimizə xidmət göstərib. Orden və medallarla təltif olunub.

Allah rəhmət eləsin.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026