• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tanınmış müğənni xərçəngə qalib gəldi

MƏDƏNİYYƏT

19 Oktyabr 2022 | 20:21 | Müəllif: Subhan Mahmudov

Tanınmış müğənni xərçəngə qalib gəldi

Xərçəng xəstəliyindən müalicə olunan müğənni Hakan Özoğuzdan sevindirici xəbər gəlib.

Bakıvaxtı.az azxeber.com-a istinadən xəbər verir ki, "Athena" qrupunun 46 yaşlı gitara ifaçısı Hakan Özoğuz bir müddətdir ki, xərçəng xəstəliyinə qarşı müalicə alır. Bu prosesi ailəsi ilə tənha keçirən müğənninin səhhətinin yaxşı olduğu və xəstəliyə qalib gəlməyə yaxın olduğu öyrənilib.
 
Bununla bağlı jurnalist Arif Hür Hakan Özoğuz sevənlərə məlumat verib: "Hakan Özoğuzun sağlamlıq vəziyyətinin günü-gündən yaxşılaşdığı deyilir. Özoğuzun ailəsi və pərəstişkarlarının böyük dəstəyi onun bu xəstəliyə qalib gəlməsində böyük rol oynayıb. Hakan qaldığı yerdən sənətinə davam edəcək. Başda Hakan Özoğuz başda olmaqla bütün xəstələrə şəfa diləyirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026