• Bakı 26° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Tayson təcavüzdə ittiham olunur

DÜNYA

26 Yanvar 2023 | 17:58

Tayson təcavüzdə ittiham olunur

Dünyaca məşhur əfsanəvi boksçu Mayk Tayson təcavüzdə ittiham olunur.

Bakıvaxtı.az xəbər verir ki, adının açıqlanmasını istəməyən qadın onu sözügedən ittihamla əlaqədar məhkəməyə verib. Zərərçəkənin sözlərinə görə, o, idmançı ilə 1990-cı illərin əvvəllərində Nyu-Yorkun Albani şəhərindəki gecə klubunda tanış olub. Boksçu onu rəfiqəsinin evinə aparmağı təklif edib, lakin o, maşına minən kimi Taysonun davranışı dərhal dəyişib.

“Tayson mənə toxunmağa və öpməyə çalışdı. Ona bir neçə dəfə “yox” dedim və dayanmasını istədim, lakin o, buna məhəl qoymadı və mənə təcavüz etdi" deyə, "Daily Mail" nəşri qadının sözlərindən sitat paylaşıb.

O, əlavə edib ki, hadisədən sonra hələ də fiziki və psixoloji sarsıntı keçirir. Narkomaniya və alkoqolizmlə yanaşı, şəxsi həyatında problemlər yaşayır:

"Qarşı cinslə sağlam münasibətlər qura və saxlaya bilmirəm. Kabuslar görürəm".

İddiaçı ona dəymiş mənəvi ziyana görə Taysondan 5 milyon dollar tələb edir.

Tayson hələlik iddialara münasibət bildirməyib.

Qeyd edək ki, boksçu 1992-ci ildə gözəllik müsabiqəsinin iştirakçısı Dezir Vaşinqtona qarşı etdiyi təcavüzə görə üç il həbsdə qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026