22.04.2025-ci il tarixində 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, boyunun, döş qəfəsinin, budun açıq yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.
23.04.2025-ci il tarixində pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyəti stabildir.
Qeyd edək ki, aprelin 22-də Yeni Gəncə yaşayış massivində yerləşən Ə.Cavad adına 2 nömrəli Tam Orta Məktəbin şagirdləri arasında insident olub. F.Quliyev mübahisə zəminində xəsarət alaraq Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə yerləşdirilmişdi.
Mina Mikayılova