• Bakı 27° C

    10.81 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Avtobus qəzasında yaralananlardan XƏBƏR VAR

HADİSƏ

22 Iyul 2025 | 10:57

Avtobus qəzasında yaralananlardan XƏBƏR VAR

Sumqayıtda 123 nömrəli avtobusun qəza etməsi nəticəsində yaralananların vəziyyəti açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 21.07.2025-ci il tarixində saat 18:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 8 nəfər (2 qadın cinsli, 6 kişi cinsli) hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".- deyə məlumatda qeyd olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR