• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

TƏBİB  doğuşdan sonra ölən ana barədə məlumat yaydı

CƏMİYYƏT

29 Iyul 2023 | 16:23

TƏBİB doğuşdan sonra ölən ana barədə məlumat yaydı

TƏBİB Bakıda qeysəriyyə əməliyyatından sonra ölən ana barədə məlumat yayıb. 

TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, Günay Ramiz qızı Qasımova 27.07.2023-cü il tarixində saat 12:06-da “Bağırsaq keçməzliyi” diaqnozu ilə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili Tibbi Yardım Bölməsinə daxil olub:

“Xəstənin vəziyyəti ağır olduğundan dərhal Reanimasiya şöbəsinə köçürülüb. Xəstə 28.07.2023-cü il tarixində saat 14:50-də əməliyyata alınıb. Aparılan tibbi  müdaxilələrə baxmayaraq, 29.07.2023-cü il tarixində saat 10:00-da xəstə Günay Qasımovanın bioloji ölümü baş verib. Qeyd edək ki, Günay Ramiz qızı Qasımova 05.06.2023-cü il tarixində Xəstəxanamızın Hamiləliyin Patologiya şöbəsində qeysəriyyə əməliyyatı olunub və artıq zahılıq dövrünü bitirib”.

***

Bakıda qadın qeysəriyyə əməliyyatından sonra ölüb. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə Respublika Klinik Xəstəxanasında qeydə alınıb. 

Bir ay əvvəl xəstəxanaya doğuşla bağlı müraciət edən, 35 yaşlı Günay Qasımovanın üzərində qeysəriyyə əməliyyatı aparılıb. Əməliyyatdan sonra ana körpəsi ilə birlikdə evə buraxılıb. Lakin bir ay sonra qadının vəziyyəti pisləşib. Yenidən əməliyyat olunduğu xəstəxanaya yerləşdirilən ananın həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. /Lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026