• Bakı C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

TƏBİB: Ənvər Həsənovun vəziyyəti stabildir

MƏDƏNİYYƏT

20 Yanvar 2025 | 13:22

TƏBİB: Ənvər Həsənovun vəziyyəti stabildir

Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabil olaraq qiymətləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirib.

Qeyd olunub ki, yanvarın 18-də vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, yanvarın 10-da saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

Yanvarın 17-də isə vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.


SON XƏBƏRLƏR

08 Fevral 2025