1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti orta ağırdır.
Qeyd edilib ki, Həmid Herisçinin vəziyyəti TƏBİB və Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin diqqətindədir./APA
















