• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Təhlükəli manevrlər edən motosiklet sürücüləri HƏBS OLUNDU

CƏMİYYƏT

20 Avqust 2024 | 20:09 | Müəllif: Subhan Mahmudov

Təhlükəli manevrlər edən motosiklet sürücüləri HƏBS OLUNDU

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olunub.

Bu barədə Bakıvaxtı.az-a DİN Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb: "Görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri - R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR