• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

"Tək qaldıq" - Zelenski

DÜNYA

25 Fevral 2022 | 09:07 | Müəllif: Qalib İbrahimoğlu

"Tək qaldıq" - Zelenski

"Siz ölkəni dünyanın ən güclü dövlətlərindən birinə qarşı parlaq şəkildə müdafiə edirsiniz. Rusiya bütün Ukrayna ərazisinə hücum edib. Bununla belə müdafiəçilərimiz çox iş görüblər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

İlkin məlumatlara görə, müharibənin ilk günündə 137 Ukrayna vətəndaşını itirdiklərini deyən Zelenski Ukrayna uğrunda canlarından keçənlərin əbədi xatirəsini əziz tutmaq üçün onlara Milli Qəhrəman adı veriləcəyini vurğulayıb.

"İndi insanları xilas edən və asayişin qorunmasına kömək edən hər kəsə minnətdaram.

Bilirəm ki, çoxlu saxta məlumatlar var. Onlardan biri də guya mənim Kiyevi tərk etməyimdir. Paytaxtdayam. Gün ərzində onlarla beynəlxalq danışıqlar aparıb müdafiəyə birbaşa rəhbərlik edirəm. Ailəm də Ukraynadadır.

Bizdə olan məlumata görə, birinci növbədə mən, daha sonra ailəm hədəfə alınıb. Onlar dövlət başçısını məhv etməklə Ukraynanı siyasi cəhətdən məhv etmək istəyirlər. Diversiya qruplarının Kiyevə daxil olması barədə də məlumatımız var. Ona görə də mən kiyevlilərdən xahiş edirəm: diqqətli olun, komendant saatı qaydalarına əməl edin".

Ukrayna Prezidenti dünyanın bir çox ölkəsinin onlara dəstək verdiyini deyərək, ölkəsinə xüsusi yardım edən hər bir dövlətə minnətdarlıq edib: "Amma ikinci bir şey də var - dövlətimizin müdafiəsində biz tək qalmışıq. Kim bizimlə birgə döyüşməyə hazırdır? Mən bunu görmürəm. Bizə NATO-ya daxil olmaq üçün zəmanət verməyə kim hazırdır? Hamı qorxur.

Mən dövlətimizin bütün tərəfdaşlarına deyirəm: indi Ukraynanın taleyi həll olunur. Bizimləsinizmi?"

V.Zelenski deyib ki, bu işğalın sonu haqqında danışmaq lazımdır.

"İndi ölkənin taleyi bütünlüklə ordumuzdan, təhlükəsizlik qüvvələrimizdən, bütün müdafiəçilərimizdən asılıdır”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026