• Bakı 14° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb

CƏMİYYƏT

26 Iyul 2021 | 12:48

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək.

Bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 müraciət qeydə alınıb.

1363 nəfərdən 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026