2023-cü il mövsümünün bitməsinə bir neçə həftə qalmış altı serialldan pis xəbər gəlib.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, həmin seriallar bir anda ekranlardan silinəcək.
Finala çıxacaq seriallar bunlardır

EQO
Reytinqlərdə istədiyi uğuru qazana bilməyən "Eqo serialı 13-cü bölümlə finala çıxacaq.
Alperen Duymaz və Melisa Aslı Pamukun rol aldığı serial mayın 21-də - bazar günü saat 20.00-da ekranlara vida edəcək.

YASAK ELMA
Ekranda ən uzun müddət davam edən seriallar arasında yer alan "Yasak elma" serialı bu mövsüm ekran macərasına son qoyacaq. Hər bölümü ilə heyran edən, aktyor heyəti və mövzusu ilə hər zaman adından söz etdirən serialın möhtəşəm finalına sayılı günlər qalıb.
Şevval Sam, Eda Ece, Talat Bulut, Barış Kılıç, Nesrin Cavadzadə və Berk Oktay kimi məşhur adların baş rollarda çəkildiyi serialın mayın 29-da finala çıxması planlaşdırılır.

CAMDAKİ KIZ
Üç ildir ekranlarda olan "Camdaki kız" serialı ssenariyə görə bu mövsüm finala çıxır.
Burcu Biricik və Cihangir Ceyhanın rol aldığı serialın may ayının son həftələrində finala çıxması gözlənilir.

GELSİN HAYAT BİLDİĞİ GİBİ
Məşhur "Gelsin hayat bildigi gibi" serialının son tarixi bəlli olub. Dəyişiklik olmazsa, serial iyunun 1-də finala çıxacaq.
.jpg)
BİR KİÇİK GÜNDÜZ İŞIĞI
Seray Kaya və Berk Oktayın rol aldığı serialın 36-cı bölümündə ekranla vidalaşmaq qərarı verilib. Serial iki həftə sonra ekranlarla vidalaşacaq.
Serialın xaricə satışları səbəbindən yeni mövsümdə də davam edəcəyi ilə bağlı xəbərlər yayılsa da, serialla bağlı yekun qərar komandaya açıqlanıb.
Ay Tac
















