• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Tenderlərin “çempionu” ilə bağlı AÇIQLAMA 

GÜNDƏM

16 May 2022 | 09:42

Tenderlərin “çempionu” ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin bu ilin may ayında keçirdiyi 7 tenderin qalibi eyni şirkət olub. Qalib elan edilən “A+H Təmir Tikinti” MMC-ə ümumilikdə 1 milyon 161 min 196 manat vəsait ödənilib.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-ə göndərdiyi informasiya sorğusuna cavab verilib.

“Tenderlər “Dövlət satınalmaları haqqında” qanuna əsasən keçirilir. Tenderlərə nəzarət edən müvafiq dövlət qurumu var. Hansı şirkət neçə dəfə tenderi udması bizim səlahiyyətlərimizdə deyil. Bizə sərfəli təkliflər verən şirkət qalib elan olunur”, -deyə  Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Dilqəm Şəirfov bildirib.

O qeyd edib ki, "A+H Təmir Tikinti” MMC cəmiyyətin elan etdiyi tenderlərdə qanuni şəkildə iştirak edərək qalib gəlib: “Tenderdə qalib gələn şirkətin gördüyü işlərə müvafiq dövlət qurumu nəzarət edir”.  

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026