• Bakı 13° C

    11.11 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Tənzilə Rüstəmxanlı: “Bəzi məktəblərdə pəncərələr naylon örtüklə əvəz edilib”

SİYASƏT

02 Dekabr 2025 | 12:39

Tənzilə Rüstəmxanlı: “Bəzi məktəblərdə pəncərələr naylon örtüklə əvəz edilib”

"Təhsilə qoyulan hər manat ölkəmizə sərmayədir".

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı parlamentin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı təhsilin həm maliyyəsi, həm də keyfiyyətinin diqqət mərkəzində olmalı olduğunu vurğulayıb.

Deputat qeyd edib ki, təhsilə ayrılan büdcədən savayı, onun keyfiyyəti də müzakirə mövzusu olmalıdır".

T.Rüstəmxanlı seçildiyi bölgədəki vəziyyətə də toxunub:

“Seçildiyim bölgədə təhsildə ciddi problemlər mövcuddur. Bəzi məktəblərdə qış fəslində pəncərələrin naylon örtüklərlə əvəz olunduğunu görürük. Çətin şərtlərlə təhsil alan şagirdlərin qiymətləri yetərincə yüksəkdir. Neftçalanın qazlaşdırılması ilə bağlı da problemlər var. Yeni Qışlaq kəndində qadınların əli odun doğramaqdan əziyyət çəkir".

Əli Hüseynov


SON XƏBƏRLƏR

01 Dekabr 2025