• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Tesla” 800 mindən artıq avtomobilini geri çağırır

DÜNYA

04 Fevral 2022 | 14:50 | Müəllif: Subhan Mahmudov

“Tesla” 800 mindən artıq avtomobilini geri çağırır

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" 2017-2022-ci illərdə istehsal olunmuş 817 143 avtomobili təhlükəsizlik kəməri ilə bağlı xəbərdarlıq səhvinə görə geri çağıracaq.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Hesabatda deyilir ki, bəzi 2021-2022-ci il "Model S" və "Model X", 2017-2022-ci il "Model 3" və 2020-2022-ci il "Model Y" avtomobilləri geri çağırılmalıdır.

"Nəqliyyat vasitəsi işləyərkən və sürücü təhlükəsizlik kəməri taxmayanda siqnal işə düşməyə bilər", - deyə açıqlamada bildirilir.

Hesabatda deyilir ki, "Tesla" səhvi düzəltmək üçün müvafiq proqram yeniləməsini buraxacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026