• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Teylor Fətişoğlunun oğlu da saxlanıldı

HADİSƏ

27 Sentyabr 2024 | 11:15

Teylor Fətişoğlunun oğlu da saxlanıldı

Hazırda həbsdə olan Teylor İbrahimovun (Fətişoğlu) oğlu Ayxan İbrahimli həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, A.İbrahimli ötən gecə paytaxtın Xətai rayonu ərazisində Bilal Əzizov adlı şəxsi bıçaqlamaqda şübhəli bilinir.

İlkin məlumata görə, hadisə münaqişə zəminində baş verib. O, tanışına bıçaqla 2 zərbə endirib. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. A.İbrahimli saxlanılıb.

Xatırladaq ki, sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi kimi işləmiş Teylor Fətişoğlu ötən il həbs edilib. Əvvəllər də məhkumluğu olan jurnalist dələduzluqda təqsirli bilinib.


SON XƏBƏRLƏR