“TikTok” qısa videolar platforması olaraq işə başlasa da, indi tədricən bu statusdan uzaqlaşır.
Bakıvaxtı.az xəbər verir kii, şəbəkə videoların maksimum müddətini 10 dəqiqəyədək artırıb.
"Videoların müddətinin artırılması bütün dünyada istifadəçilər üçün daha da yaradıcı imkanlar açmalıdır" deyən “TikTok” rəhbərliyi bəzi insanlara bu xəbərin artıq tətbiqdaxili bildiriş kimi göndərildiyini qeyd edib.
Ekspertlər hesab edirlər ki, daha uzun məzmun “pul qazanmağı asanlaşdırır” və insanları platformada daha uzun müddət saxlayır.
Aytac Aslan















