• Bakı 28° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Tokayev Çinə səfər edəcək

DÜNYA

26 Avqust 2025 | 09:21

Tokayev Çinə səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 30 avqust - 3 sentyabr tarixlərində bu ölkəyə səfər edəcək.

Bakıvaxtı.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində ali səviyyəli danışıqlar keçiriləcək və bu danışıqlarda Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

"31 avqust - 1 sentyabr tarixlərində Qazaxıstan Prezidenti Tyantszində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və "ŞƏT plus" iclasında iştirak edəcək", - məlumatda qeyd olunur.

Bundan əlavə, sentyabrın 2-də Tokayev Pekində "Qazaxıstan - Çin" İşgüzar Şurasının iclasında çıxış edəcək və böyük Çin şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.


SON XƏBƏRLƏR

25 Avqust 2025