• Bakı 22° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Tramp Rusiya- Ukrayna müharibəsini dayandıracaq?: Prosesin bu şəkildə qarışacağı gözlənilən idi

SİYASƏT

10 Sentyabr 2024 | 15:45

Tramp Rusiya- Ukrayna müharibəsini dayandıracaq?: Prosesin bu şəkildə qarışacağı gözlənilən idi

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ölkənin şimalında mümkün hücumunun qarşısını almaq üçün Kursk bölgəsinə hücum etmək qərarına gəldiklərini bildirib.

Onun sözlərinə görə, Rusiyanın məqsədi Donetsk və Luqansk bölgələrini tamamilə işğal etmək və orada ən hazırlıqlı hərbi hissələrini yerləşdirmək idi.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə bildirib ki, Ukrayna Kursk yaxınlığındakı zərbə ilə Rusiyanı Donbasdakı hücumdan yayındırmaq istəyirdi, lakin rus qoşunları irəliləməkdə davam edir.

Hər iki tərəfin fərqli yanaşmalarını nəzərə alsaq, prosesin bundan sonra necə davam edəcəyi maraq doğurur. Maraqlıdır ki, qarşıdakı dövrdə Rusiya-Ukrayna münaqişəsi hansı kontekstdə davam edə bilər?

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, ABŞ-də prezident seçkiləri yaxınlaşdıqca, prosesin bu şəkildə qarışacağı gözlənilən idi. Ə.Əlibəyli qeyd edib ki, qarşıdakı dövr üçün Rusiyanın əsas məqsədi Ukraynanın Kursk bölgəsində olan hissələrini boğmaq və Ukraynanı təslimiyyətə məcbur etməkdir:

“Bununla yanaşı, Rusiya Donetsk bölgəsində hücumlarına ara verməməyə çalışacaq. ABŞ prezidentliyinə namizəd Donald Trampın mümkün geri dönüşünə qədər tərəflər çalışacaq ki, müəyyən üstünlüklər əldə etsinlər".

Əziz Əlibəyli, beynəlxalq məsələlər üzrə ekspert

Müsahibimizin fikrincə, Trampın hakimiyyətə gəlməsi fonunda Rusiya və Ukrayna hansısa formada dil taparaq danışıqlara gedə və status-kvonu qorumaq üçün şərtlər icra edə bilərlər.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatın qanuni olduğunu və Ukraynanın beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququna malik olduğunu bildirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR